Fransa millisi Braziliyaya məğlub oldu

Fransa millisi Braziliyaya məğlub oldu Fransa millisi hesabı açsa da, sonra qapısından üç top buraxaraq məğlub olub
Futbol
27 Mart , 2015 04:02
Fransa millisi Braziliyaya məğlub oldu

Bakı. 27 mart. REPORT.AZ/ Martın 26-da futbol üzrə milli komandalar arasında bir sıra yoxlama oyunları keçirilib. Ən çox maraq doğuran görüşlərdən biri Parisdəki “Stad de Frans” stadionunda oynanılıb.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, öz meydançasında Braziliya futbolçularını qəbul edən Fransa millisi hesabı açsa da, sonra qapısından üç top buraxaraq məğlub olub. Xatırladaq ki, 17 il əvvəl Fransa məhz bu stadionda Braziliyaya 3:0 hesabı ilə qalib gələrək dünya çempionu titulunu qazanmışdı.

Keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

İordaniya - Suriya - 0:1, Qətər - Əlcəzair - 1:0, Bəhreyn - Kolumbiya - 0:6, Fil Dişi Sahili - Anqola - 2:0, İran - Çili - 2:0.

İngilis versiyası Oscar France 1-3 Brazil

Son xəbərlər

Orphus sistemi