Bakı. 12 may. REPORT.AZ/ Fransa milli komandasının futbolçusu Matyö Debüşi 2016-cı il Avropa çempionatında iştirak etməyəcək. "Report"un məlumatına görə, bu barədə "L Equipe" nəşrinə müdafiəçinin çıxış etdiyi "Bordo" klubunun baş məşqçisi Ulrik Rame açıqlama verib.
O, Debüşinin hazırkı zədəsinin xarakterinə əsasən belə qənaətə gəldiyini bildirib.
31 yaşlı oyunçu müqavilə üzrə İngiltərə "Arsenal"ına məxsusdur. Təcrübəli futbolçu bu mövsüm "Bordo"nun heyətində 9 oyuna çıxıb.
Qeyd edək ki, Avropa çempionatı iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək.