Fransa Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatına vəsiqə qazanıb

Fransa Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatına vəsiqə qazanıb Turnirdə iştirakı müəyyənləşən komandaların sayı 13-ə çatıb
Futbol
31 Mart , 2016 22:00
Fransa Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatına vəsiqə qazanıb

Bakı. 31 mart. REPORT.AZ/ Mayın 5-də Bakıda 17 yaşadək futbolçular arasında start götürəcək Avropa çempionatına daha bir vəsiqə sahibini tapıb.

"Report"un məlumatına görə, sayca 13-cü vəsiqəyə Fransa millisi yiyələnib.

Bernad Diomedin baş məşqçi olduğu komanda elit-raundun 6-cı qrupunda Yunanıstanın ardından İslandiyanı da eyni hesabla yenib - 1:0. Bununla da 2 turdan sonra 6 xal toplayan Fransa ən yaxın izləyicisi Avstriyanı 4 xal geridə qoyub və son turun nəticəsində asılı olmayaraq, qrup liderliyini təmin edib.

Beləliklə, mayın 21-dək davam edəcək çempionatda 16 iştirakçıdan 13-nün adı dəqiqləşib. Daha öncə təşkilatçı Azərbaycan millisindən əlavə, Danimarka, Serbiya, Almaniya, Hollandiya, İngiltərə, Ukrayna, Portuqaliya, İsveç, Belçika, Bosniya və Herseqovina, İtaliya da bu hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi