​Fransa-98-in qalibi Bakıya gəlib

​Fransa-98-in qalibi Bakıya gəlib O, çimərlik futbolu üzrə yarışların püşkatmasında iştirak edib
Futbol
16 Mart , 2015 10:10
​Fransa-98-in qalibi Bakıya gəlib

Bakı. 16 mart. REPORT.AZ/ 1998-ci ildə Fransada keçirilən futbol üzrə Dünya Çempionatının qalibi Kristian Karambö Bakıya gəlib. "Report"un məlumatına görə, o, "Bakı 2015" I Avropa Oyunlarında keçiriləcək çimərlik futbolu üzrə yarışların püşkatmasında iştirak edib.

Püşkatma mərasimi "Fairmont" hotelində baş tutub.

Qeyd edək ki, Kristian Karambö 1998-ci ildə Fransanın heyətində dünya birincisi adını qazanıb. O, hazırda Fransada televiziyaların birində şərhçi olaraq fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi