​Françesko Toldo Bakıya gəlir

​Françesko Toldo Bakıya gəlir O, püşkatma mərasimində iştirak edəcək
Futbol
7 Aprel , 2016 13:16
​Françesko Toldo Bakıya gəlir

Bakı. 7 aprel. REPORT.AZ/ İtaliya futbolunun tanınmış nümayəndəsi Françesko Toldo Bakıya gəlir. "Report"un AFFA-ya istinadən verdiyi məlumata görə, sabiq qapıçı 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatının püşkatma mərasimində iştirak edəcək.

Tədbir aprelin 8-də keçiriləcək.

F.Toldo Avropa çempionatının gümüş mükafatçısı, Çempionlar Liqasının, 5 dəfə İtaliya çempionatının və kubokunun, 3 dəfə İtaliya Super Kubokunun qalibi olub. "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninin Kavaleri karyerası ərzində “İnter”, “Fiorentina” kimi klubların formasını geyinib.

Son xəbərlər

Orphus sistemi