Fövqəladə Hallar Nazirliyi Gəncə şəhər stadionunda yoxlamalara başlayıb

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhər stadionunda yoxlamalara başlayıb AFFA-nın dəstəyilə "Kəpəz" üçün yeni stadion tikiləcək
Futbol
30 May , 2015 13:32
Fövqəladə Hallar Nazirliyi Gəncə şəhər stadionunda yoxlamalara başlayıb

Bakı. 30 may. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri Gəncə şəhər stadionunun mövcud durumu ilə bağlı rəy hazırlayır. Bu barədə "Report"a Gəncənin "Kəpəz" klubunun Müşahidə Şurasının üzvü, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, FHN-in rəyindən sonra ölkənin ikinci böyük stadionunda hansı işlərin görülməli olduğuna dair qərar veriləcək. M.Nərimanoğlu AFFA və Gəncə şəhər icra hakimiyyətinin şəhərdə futbolun inkişafına dair layihə hazırladıqlarını bildirib. Həmin layihəyə əsasən, "Nizami yurdu"nda Futbol Akademiyası fəaliyyətə başlayacaq. Eyni zamanda, əsas arena hazır olanadək elə onun ərazisində 2000 tamaşaçı tutumuna malik süni örtüklü stadion salınacaq. AFFA rəsmisi artıq bu layihə üzərində işlənildiyini söyləyib: "Əsas stadionda təmir yekunlaşdıqdan sonra yardımçı meydança "Kəpəz"in əvəzedici heyəti və aşağı yaş qrupları üzrə liqalarda çıxış edən komandalarının ixtiyarına veriləcək".

İşlərin sürətlə aparılacağını bildirən M.Nərimanoğlu "Kəpəz"in növbəti mövsüm Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirməsi üçün 3 variantın mövcudluğunu vurğulayıb. Bunlar Gəncə şəhər stadionunun yardımçı meydançası, Yevlax şəhər stadionu və nəhayət, Bakıdakı "Dalğa Arena"dır.

Qeyd edək ki, "Kəpəz" bu mövsüm Azərbaycan I Divizionunu 9-cu pillədə başa vursa da, AFFA-nın Lisenziyalaşdırma Komissiyasının qərarı ilə Premyer Liqada iştirak hüququna yiyələnib. 

Son xəbərlər

Orphus sistemi