Bakı. 4 dekabr. REPORT.AZ/ FİFA-nın 16 sabiq və hazırkı məmuru barəsində cinayət işi açılıb. "Report"un məlumatına görə, bu barədə ABŞ ədliyyə naziri Loretta Linç nazirlikdə təşkil olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, həmin məmurlar öz vəzifələrindən maddi gəlir əldə etmək üçün istifadə ediblər: "Artıq bir neçə məmur saxlanılıb. Buna baxmayaraq, əməliyyat davam edir və digərləri də saxlanıldıqdan sonra ABŞ-a gətiriləcək".
L.Linç bildirib ki, barəsində cinayət işi açılan şəxs və qurumların sayı 41-ə çatıb. Onlardan 12 şəxs və 2 idman şirkəti günahkar hesab olunub.