Bakı. 5 iyul. REPORT.AZ/ Sakit okean hövzəsi ölkələrinin iştirakı ilə keçirilən futbol turnirində yeni rekord qeydə alınıb.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Fici adalarının futbolçuları Mikroneziya komandasına 38:0 hesabı ilə qalib gələrək beynəlxalq futbol turnirlərinin ən məhsuldar nəticəsinə imza atıblar.
Qollardan 10-unu Fici komandasının hücumçusu Atonio Tuyvuna vurub.
Qeyd edək ki, indiyə qədər beynəlxalq futbol turnirlərinin ən məhsul qarşılaşması 2001-ci ildə keçirilən Avstraliya-Amerika Samoası komandalarının oyunu hesab olunurdu. Bu qarşılaşma avstraliyalıların 31:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.