​FİFA prezidenti UEFA-dakı rəqiblərini cəsarətsiz adlandırıb

​FİFA prezidenti UEFA-dakı rəqiblərini cəsarətsiz adlandırıb Yozef Blatter missiyasının başa çatmadığını bildirib
Futbol
26 Yanvar , 2015 13:53
​FİFA prezidenti UEFA-dakı rəqiblərini cəsarətsiz adlandırıb

Bakı. 26 yanvar. REPORT.AZ/ FİFA prezidenti Yozef Blatter 5-ci dəfə qurumun rəhbərliyinə  vəzifəyə namizədliyini irəli sürməsindən danışıb. "Report"un məlumata görə, Y.Blatter missiyasının hələ başa çatmadığını bildirib.

Bu, səbəbdən, ali futbol qurumunun başçısı heç bir narahatlıq keçirmədiyini vurğulayıb: "Milli federasiyalar xahiş etdilər ki, namizədliyimi irəli sürüm. Çünki mənim kimi başqa güclü namizəd yoxdur".

FİFA prezidenti ondan xilas olmaq istəyənlərə seçkilərdə iştirak etməyi məsləhət görüb. Lakin onun fikrincə, UEFA-dakı müxalifətçilərin buna cəsarəti çatmır: "Belə olanda, onlar hörmət nümayiş etdirməli və işimi davam etdirməyimə imkan verməlidirlər".

Y.Blatter təqaüdə çıxdıqdan sonra uşaqlıq arzusunu yerinə yetirərək, radio reportajları aparacağını əlavə edib. 

Qeyd edək ki, Yozef Blatter 1998-ci ildən FİFA-ya rəhbərlik edir. O, 2002, 2007 və 2011-ci illərdə yenidən bu vəzifəyə seçilib. 

Son xəbərlər

Orphus sistemi