FIFA Valeri Hacıyevin vəfatı ilə əlaqədar AFFA-ya başsağlığı verib

FIFA Valeri Hacıyevin vəfatı ilə əlaqədar AFFA-ya başsağlığı verib Məktub FIFA prezidenti səlahiyyətlərini icra edən İssa Hayatou tərəfindən imzalanıb
Futbol
18 Yanvar , 2016 17:04
FIFA Valeri Hacıyevin vəfatı ilə əlaqədar AFFA-ya başsağlığı verib

Bakı. 18 yanvar. REPORT.AZ/ FIFA futbol veteranı Valeri Hacıyevin vəfatı ilə əlaqədar AFFA-ya başsağlığı məktubu ünvanlayıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, məktub FIFA prezidenti səlahiyyətlərini icra edən İssa Hayatou tərəfindən imzalanıb. 

Qeyd olunub ki, “Neftçi” klubunun heyətində SSRİ çempionatının bürünc medalını qazanmış Valeri Hacıyevin dünyasını dəyişməsi beynəlxalq futbol ailəsinin üzvlərini kədərləndirir. Bu münasibətlə FIFA mərhumun ailəsinə, onu sevənlərə dərin hüznlə başsağlığı verir.

Son xəbərlər

Orphus sistemi