FİFA "Real Madrid" və "Atletiko"ya transfer qadağası qoyacaq

FİFA "Real Madrid" və "Atletiko"ya transfer qadağası qoyacaq Paytaxt təmsilçiləri yetkinlik yaşına çatmaytan futbolçularla müqavilə bağlayıblar
Futbol
29 Aprel , 2015 09:38
FİFA Real Madrid və Atletikoya transfer qadağası qoyacaq

Bakı. 29 aprel. REPORT.AZ/ FİFA İspaniyanın "Real Madrid" və "Atletiko" klublarına yeni futbolçuları qeydiyyatdan keçirməyi qadağan edəcək. "Report"un "Cadena Ser" nəşrinə istinadən verdiyi məlumata görə, səbəb transfer reqlamentinin dəfələrlə pozulmasıdır.

Paytaxt təmsilçiləri yetkinlik yaşına çatmayan futbolçularla müqavilə bağladıqlarına görə yaxın iki transfer dövründə yeni oyunçular ala bilməyəcəklər.

Qeyd edək ki, daha öncə "Barselona" da eyni səbəbdən cəzalandırılıb. Kataloniya klubuna 2016-cı ilin yanvarınadək transfer qadağası qoyulub. 

Son xəbərlər

Orphus sistemi