FİFA prezidentliyinə dörd namizəd qeydə alınıb

FİFA prezidentliyinə dörd namizəd qeydə alınıb Seçkilər aprelin 29-da Sürix şəhərində FİFA-nın konqresində keçiriləcək
Futbol
10 Fevral , 2015 01:44
FİFA prezidentliyinə dörd namizəd qeydə alınıb

Bakı. 10 fevral. REPORT.AZ/ Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının - FİFA-nın seçki komissiyasının fevralın 9-da keçirilən yığıncağında mayın 29-da nəzərdə tutulan prezident seçkisində dörd namizədin seçilmək hüququna malik olduğu rəsmən elan edilib.

"Report"-un BBC-yə istinadla verdiyi məlumata görə, Federasiyanın prezidenti vəzifəsini tutmaq üçün Hollandiya Futbol Federasiyasının sədri Maykl van Praaqın, Madridin “Real“ komandasının keçmiş ulduzu və “Qızıl top”un sahibi portuqaliyalı Luiş Fiqunun, FİFA-nın keçmiş vitse-prezidentlərindən olan, İordaniya şahzadəsi Əli bin Əl-Hüsseynin və futbol aləmində yaxşı tanınan Yozef Blatterin namizədliyinin qeydə alındığı bildirilib.

Son xəbərlər

Orphus sistemi