​FİFA prezidentliyinə daha bir nəfər namizədliyini irəli sürüb

​FİFA prezidentliyinə daha bir nəfər namizədliyini irəli sürüb Onun namizədliyi 5 futbol assosiasiyası tərəfindən dəstəklənir
Futbol
26 Oktyabr , 2015 17:29
​FİFA prezidentliyinə daha bir nəfər namizədliyini irəli sürüb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Liberiya Futbol Federasiyasının rəhbəri Musa Biliti Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidentliyinə namizədliyini irəli sürüb.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Onun namizədliyi 5 futbol assosiasiyası tərəfindən dəstəklənir.

Qeyd edək ki, oktyabrın 26-da namizədlərin irəli sürülməsi müddəti başa çatır. Prezident seçkisinin isə 2016-cı il fevralın 26-da keçirilməsi planlaşdırılıb.

Xatırladaq ki, FİFA prezidenti postuna namizədliklərini Trinidad və Tobaqo milli komandasının keçmiş kapitanı Devid Nahid, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA prezidenti Mişel Platini, FİFA baş katibinin keçmiş müavini Jerom Şampan, Asiya Futbol Federasiyaları Assosiasiyasının başçısı, Bəhreyn şeyxi Salman bin İbrahim əl-Xəlifə, UEFA-nın baş katibi Canni İnfantino, Cənubi Afrika Respublikasından Tokio Seksvale də irəli sürüb.

Son xəbərlər

Orphus sistemi