FİFA prezidenti seçkisindən 2 ölkə kənarlaşdırılıb

FİFA prezidenti seçkisindən 2 ölkə kənarlaşdırılıb Seçkiyə 2 milli assosiasiya qatılmayacaq
Futbol
24 Fevral , 2016 17:26
FİFA prezidenti seçkisindən 2 ölkə kənarlaşdırılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Fevralın 26-da keçiriləcək FİFA prezidenti seçkisinə qurumun 209 üzv assosiasiyasından 207-si iştirak edəcək. "Report"un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib. 

O bildirib ki, 2 ölkə səsvermədən kənarlaşdırılıb. Bunlar Küveytlə İndoneziyadır. 

Qeyd edək ki, FİFA prezidenti vəzifəsi uğrunda 6 namizəd mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi