FİFA prezidenti postuna namizədlərin yekun siyahısı açıqlanıb

FİFA prezidenti postuna namizədlərin yekun siyahısı açıqlanıb Siyahıda 5 namizədin adı qeyd olunub
Futbol
26 Yanvar , 2016 17:17
FİFA prezidenti postuna namizədlərin yekun siyahısı açıqlanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ FİFA prezidenti postuna namizədlərin yekun siyahısı açıqlanıb.

"Report"un məlumatına görə, siyahıda 5 namizədin adı yer alıb.

Bunlar Şahzadə Əli bin əl Husseyn, Şeyx Salman bin İbrahim əl Xəlifə, Canni İnfantino, Tokyo Seksveyl və Jerom Şampandır.

Seçki fevralın 26-da İsveçrənin paytaxtı Sürixdə keçiriləcək. Səsvermədə FİFA-nın tərkibinə daxil olan 209 futbol federasiyası iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi