​FİFA prezidenti: "Hər şey pulla həll olunmur"

​FİFA prezidenti: "Hər şey pulla həll olunmur" Canni İnfantino "Lester"in çıxışını dəyərləndirib
Futbol
29 Aprel , 2016 15:05
​FİFA prezidenti: Hər şey pulla həll olunmur

Bakı. 29 aprel. REPORT.AZ/ FİFA prezidenti Canni İnfantino İngiltərə Premyer Liqasında iştirak edən "Lester"in çıxışını dəyərləndirib.

"Report"un məlumatına görə, ali futbol qurumunun rəhbəri "Lester"in bu nəticə ilə pulun futbolda əsas rol oynamadığını sübut etdiyini bildirib.

C.İnfantinonun fikrincə, futbolda pul qələbə üçün də əsas amil deyil: "Lester" hazırkı büdcə ilə turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Bu nəticə komanda üçün tarixdir. Onlar bizə gözlənilməz futbol nümayiş etdirirlər. Pul vacibdir, ancaq hər şey onunla həll olunmur".

Qeyd edək ki, "Lester" Premyer Liqanın 35-ci turundan sonra 76 xalla turnir cədvəlinə başçılıq edir.

Son xəbərlər

Orphus sistemi