FİFA prezidenti Dünya Çempionatı-2022-nin Qətərdə keçiriləcəyinə zəmanət verib

FİFA prezidenti Dünya Çempionatı-2022-nin Qətərdə keçiriləcəyinə zəmanət verib "2022-ci ildə Dünya Çempionatı Qətərdə keçiriləcək"
Futbol
30 Noyabr , 2014 17:56
FİFA prezidenti Dünya Çempionatı-2022-nin Qətərdə keçiriləcəyinə zəmanət verib
Bakı. 30 noyabr. REPORT.AZ/ FİFA prezidenti Zepp Blatter Dünya Çempionatı 2022-nin Qətərdə keçiriləcəyinə zəmanət verib.

"Report" xəbər verir ki, o, 2022-ci ildə Dünya Çempionatının hər şeyə rəğmən Qətərdə keçiriləcəyini bildirib.

"2022-ci ildə Dünya Çempionatı Qətərdə keçiriləcək. Son vaxtlar deyilənlər, futbolda baş verən proseslərə aidiyyəti olmayan insanlar tərəfindən söylənmişdi. Çempionat ikinci dəfə Asiyada keçiriləcək. Yaponiya və Koreyada keçirilən Dünya Çempionatı böyük uğur idi", - deyə FİFA rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi