FİFA-nın yeni prezidenti DÇ-2030-un bir neçə ölkədə keçirilmə ideyasını dəstəkləyib

FİFA-nın yeni prezidenti DÇ-2030-un bir neçə ölkədə keçirilmə ideyasını dəstəkləyib Canni İnfantino Yozef Blatterin qərarına qarşı çıxıb
Futbol
30 Mart , 2016 09:11
FİFA-nın yeni prezidenti DÇ-2030-un bir neçə ölkədə keçirilmə ideyasını dəstəkləyib

Bakı. 30 mart. REPORT.AZ/ Futbol üzrə 2030-cu il dünya çempionatı bir neçə ölkədə təşkil oluna bilər. "Report"un məlumatına görə, bu barədə FİFA-nın yeni prezidenti Canni İnfantino Paraqvaya səfəri zamanı açıqlama verib.

C.İnfantino dünya çempionatlarının keçirilməyə başlamasının 100 illiyi münasibətilə bu ideyanı dəstəklədiyini bildirib. Mundiallardan birincisi 1930-cu ildə Uruqvayda təşkil edilib. Həmin vaxt təşkilatçı ölkə finalda Argentinanı 4:2 hesabı ilə yenərək, çempion olub. Hələlik yeganə müştərək dünya çempionatı isə 2002-ci ildə Koreya və Yaponiyada baş tutub. Həmin yarışdan sonra FİFA-nın əvvəlki prezidenti Yozef Blatter birgə təşkilatçılıqdan imtina etdiklərini açıqlayıb. Lakin ali futbol qurumunun yeni rəhbəri ilk mundialın finalçıları Uruqvayla Argentinanın DÇ-2030-a birgə ərizə verəcəklərinə inam ifadə edib.

Qeyd edək ki, UEFA artıq analoji addım atıb. İlk Avropa çempionatının 60 illiyi münasibətilə AVRO-2020-nin qarşılaşmaları qitənin 13 şəhərində, o cümlədən, Bakıda təşkil ediləcək. Canni İnfantino FİFA prezidenti seçilənədək UEFA-nın baş katibi olub.    

Son xəbərlər

Orphus sistemi