FİFA-nın vitse-prezidenti DÇ-2018-in Rusiyada keçirilməsini mümkünsüz sayır

FİFA-nın vitse-prezidenti DÇ-2018-in Rusiyada keçirilməsini mümkünsüz sayır O bunu irqçiliyin geniş yayılması ilə əlaqələndirib
Futbol
13 Mart , 2015 21:39
FİFA-nın vitse-prezidenti DÇ-2018-in Rusiyada keçirilməsini mümkünsüz sayır

Bakı. 13 mart. REPORT.AZ/ FİFA-nın vitse-prezidenti Cefri Uebb indiki vəziyyətdə Rusiyada dünya çempionatının keçirilməsini düzgün hesab etmir. 

"Report"un ESPN-ə istinadən verdiyi məlumata görə, vitse-prezident buna ölkədə irqçiliyin geniş yayılmasını səbəb göstərib.

"FİFA İcraiyyə Komitəsinə üzv olan Rusiyanın idman naziri Vitaliy Mutko irqçiliyin olmasını qəbul edib. Belə olan halda çempionatı Rusiyada keçirmək olmaz", - C.Uebb bildirib.

O deyib ki, ali futbol qurumu Rusiya üçün bir neçə heyət ayıracaq ki, bu da DÇ-2018-in təşkilində irqçiliklə mübarizəyə qarşı kömək edəcək. C.Uebbin sözlərinə görə, əməkdaşlıq bu ildən başlayacaq.

Qeyd edək ki, 8 iyun - 8 iyul tarixini əhatə edəcək DÇ-2018 12 stadion olmaqla, Rusiyanın 11 şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi