Bakı. 30 oktyabr. REPORT.AZ/ Futbol üzrə dünya çempionatının 2018-ci ildə Rusiyada keçirilməsi FİFA-nın rəhbərliyindəki gizli sövdələşmənin nəticəsidir.
"Report" xəbər verir ki, bunu federasiyanın keçmiş prezidenti Yozef Blatter "The Financial Times"ə müsahibəsində deyib.
"Razılama şifahi olub. Biz iki dövlətə - ABŞ və Rusiyaya səs verməli idik. Rusiya 2018-ci ildə keçiriləcək çempionata iddia ediridi. ABŞ isə istəyirdi ki, 2022-ci ildə yarışa ev sahibliyi etsin. Ancaq Mişel Platini ABŞ-ın əleyhinə səs verdi. Nəticədə Qətər 2022-ci ildə keçiriləcək çempionata ev sahibliyi etmək hüququ qazandı", - deyə Blatter vurğulayıb.
Jurnalistin "FİFA-nın İcraiyyə Komitəsinin bütün üzvləri bu sövdələşmə ilə bağlı qərar qəbul etmişdimi?" sualını o, belə cavablandırıb: "İcariyyə Komitəsinin qərarı olmayıb. Bunlar hamısı səhnə arxasında baş verib. Bununla bağlı heç bir müşavirə keçirilməyib".
Rusiya tərəfi isə bu ittihamları rədd edir.