​FİFA-nın baş katibi vəzifəsi tarixdə ilk dəfə qadına həvalə olunub

​FİFA-nın baş katibi vəzifəsi tarixdə ilk dəfə qadına həvalə olunub Bu, Seneqaldan olan Fatma Samba Diuf Samuradır
Futbol
13 May , 2016 21:35
​FİFA-nın baş katibi vəzifəsi tarixdə ilk dəfə qadına həvalə olunub

Bakı. 13 may. REPORT.AZ/ FİFA-nın baş katibi vəzifəsi tarixdə ilk dəfə qadın funksionerə həvalə olunub.

"Report"un məlumatına görə, bu, Seneqaldan olan Fatma Samba Diuf Samuradır.

Ali futbol qurumunun prezidenti Canni İnfantino bildirib ki, Samura yeni hazırlanan strategiyanın tanıdılması ilə məşğul olacaq:

"Fatma bu rol üçün ən münasib namizəddir. O, bir udumluq təmiz hava olacaq. Bu insan keçmişdən yox, gələcəkdəndir. Biz cinslərin bərabərliyinə inanırıq".

Samura BMT-nin 21 ildir davam edən inkişaf proqramının Nigeriyadakı daimi nümayəndəsidir. O, FİFA Nizamnaməsinə əsasən, iyunun ortalarınadək sınaq dövrü keçəcək.

Qeyd edək ki, son zamanlar FİFA-da baş katib səlahiyyətlərini Markus Kattner yerinə yetirib. Fatma Samura isə rüşvət qalmaqalı ilə əlaqədar futboldan kənarlaşdırılmış Jerom Valkeni əvəzləyib.

Son xəbərlər

Orphus sistemi