FİFA İspaniyanın "Real" və "Atletiko" klublarına transfer qadağası qoyub

FİFA İspaniyanın "Real" və "Atletiko" klublarına transfer qadağası qoyub "Atletiko Madrid" və "Real Madrid" transfer edə bilməyəcək
Futbol
9 Sentyabr , 2016 09:49
FİFA İspaniyanın Real və Atletiko klublarına transfer qadağası qoyub

Bakı. 9 sentyabr. REPORT.AZ/ FİFA İspaniyanın "Real Madrid" və "Atletiko Madrid" klublarını cəzalandırıb. "Report"un "Fanatik"ə istinadən verdiyi məlumata görə, buna səbəb Madrid klublarının 18 yaşadək olan futbolçuların transferində qayda pozuntusuna yol verməsidir.

Hər iki klub yanvaradək heyətinə heç bir futbolçu qata bilməyəcək. Bu müddətdə həyata keçirilən transferlər qurum tərəfindən təsdiqlənməyəcək. "Atletiko Madrid" bu qərarın düzgün olmadığını və Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib.

Qeyd edək ki, 2014-cü ildə analoji hadisəyə görə, FİFA İntizam Komitəsi İspaniyanın "Barselona" klubunu da cəzalandırıb.

Son xəbərlər

Orphus sistemi