FİFA futbolçu Dəniz Yılmazın Azərbaycan millisində oynamasına icazə verib

FİFA futbolçu Dəniz Yılmazın Azərbaycan millisində oynamasına icazə verib Bu barədə UEFA və Türkiyə Futbol Federasiyası məlumatlandırılıb
Futbol
2 Sentyabr , 2016 17:32
FİFA futbolçu Dəniz Yılmazın Azərbaycan millisində oynamasına icazə verib

Bakı. 2 sentyabr. REPORT.AZ/ FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) futbolçu Dəniz Yılmazla bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib. 

"Report"un məlumatına görə, AFFA və futbolçu Dəniz Yılmazın assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunub. 

D.Yılmaza bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilib.

FİFA bu barədə UEFA və Türkiyə Futbol Federasiyasını məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi