FİFA koreyalı futbolçunun bığuzadan kremə görə cəzalandırılmasını istəyib

FİFA koreyalı futbolçunun bığuzadan kremə görə cəzalandırılmasını istəyib İş üzrə növbəti dinləmələr fevralın 5-də olacaq
Futbol
22 Yanvar , 2016 12:31
FİFA koreyalı futbolçunun bığuzadan kremə görə cəzalandırılmasını istəyib

Bakı. 22 yanvar. REPORT.AZ/ FİFA Cənubi Koreya yığması və "Çecu Yunayted" klubunun futbolçusu Kan Su İlin 2 il müddətinə cəzalandırılması xahişi ilə İdman Arbitraj Məhkəməsinə müraciət edib. "Report"un məlumatına görə, ali futbol qurumu 28 yaşlı hücumçunun dopinqdən yararlanmasını səbəb göstərib. 

Oyunçunun özü isə qadağan olunmuş preparatın bığ uzadan krem vasitəsilə orqanizminə daxil olduğunu və həmin kremin ona hədiyyə edildiyini açıqlayıb. 

Ötən ilin iyununda İldən metiltestosteron anabolik steroidi aşkarlanıb. Dopinq-test milli komandanın heyətindəki debüt matçı ərəfəsində götürülüb. Həmin ay o, Cənubi Koreya Antidopinq Agentliyinin də iştirakı ilə ölkə çempionatının İntizam Komitəsi tərəfindən 15 oyunluq diskvalifikasiyaya məruz qalıb. Bu qərarı FİFA xeyli yüngül cəza sayıb. İş üzrə növbəti dinləmələr fevralın 5-də olacaq. 

Qeyd edək ki, Kan Su İl "Çecu Yunayted"də 2011-ci ildən çıxış edir. O, 5 il ərzində 97 oyuna çıxıb. 

Son xəbərlər

Orphus sistemi