​"Fənərbaxça" klubunun futbolçuları daşa basılıb

​"Fənərbaxça" klubunun futbolçuları daşa basılıb Klubun avtobusu növbəti dəfə fanat hücumuna məruz qalıb
Futbol
29 Aprel , 2015 00:44
​Fənərbaxça klubunun futbolçuları daşa basılıb

Bakı. 29 aprel. REPORT.AZ/ Türkiyənin "Fənərbaxça" futbol klubunun avtobusu növbəti dəfə fanatların hücumuna məruz qalıb.

"Report" "TGRT Haber"ə istinadən xəbər verir ki, insident "Bursaspor"la Türkiyə Kubokunun yarımfinal oyunu öncəsi baş verib.

Təqribən 30 nəfər komandanın avtobusunu daşa basıb. Futbolçulardan xəsarət alan olmayıb.

Aprelin əvvəlində İstanbul klubunun avtobusu atəşə tutulmuşdu.

Son xəbərlər

Orphus sistemi