"Fənərbağça" və "Lion" komandaları arasındakı oyun Türkiyədəki hadisələr səbəbiylə ləğv edilib

"Fənərbağça" və "Lion" komandaları arasındakı oyun Türkiyədəki hadisələr səbəbiylə ləğv edilib Fransa klubunun oyunçuları bütün uçuşlar ləğv edildiyinə görə ölkəni tərk edə bilmir
Futbol
16 İyul , 2016 15:08
Fənərbağça və Lion komandaları arasındakı oyun Türkiyədəki hadisələr səbəbiylə ləğv edilib

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" və Fransanın "Lion" komandaları arasında yoldaşlıq oyunu Türkiyədə hərbi çevriliş cəhdinə görə ləğv edilib.

"Report" xəbər verir ki, oyun bu gün keçirilməli idi.

Maraqlıdır ki, Fransa klubunun oyunçuları hələ də hoteldə qalıb və ölkəni tərk edə bilmir. Buna səbəb İstanbuldan bütün uçuşların ləğv edilməsidir.

Son xəbərlər

Orphus sistemi