​"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşib

​"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşib Komandaya Dik Advokat rəhbərlik edəcək
Futbol
15 Avqust , 2016 15:32
​Fənərbağçanın yeni baş məşqçisi müəyyənləşib

Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report"un məlumatına görə, İstanbul təmsilçisinə bundan sonra hollandiyalı mütəxəssis Dik Advokat rəhbərlik edəcək. 

D.Advokat bildirib ki, Türkiyə klubundan təklif alıb: "Fənərbağça" mənə inanılmaz təklif verdi və mən də qəbul etdim. Bu cür klubda işləmək xoşdur. Növbəti açıqlamalar daha sonra olacaq".

Qeyd edək ki, bir müddət əvvəl "Fənərbağça" portuqaliyalı baş məşqçi Vitor Pereyra ilə yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi