Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mehmet Topala qarşı silahlı hücum olub. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, hücum futbolçu maşında olarkən həyata keçirilib.
İnsident bu gün günorta saatlarında baş verib. Samandıra Can Bartu Təsislərində həyata keçirilən səhər idmanından sonra evinə doğru hərəkət edən M.Topal silahlı hücumdan xəsarətsiz xilas ola bilib. Futbolçunun xəsarət almamasına səbəb avtomobilin pəncərələrinin güllə keçirməməsi olub.
Qeyd edək ki, "Fənərbağça" klubu bir müddət əvvəl də analoji hadisə ilə üzləşib.