​"Fənərbağça" klubunun braziliyalı futbolçusu milliləşdiriləcək

​"Fənərbağça" klubunun braziliyalı futbolçusu milliləşdiriləcək O, AVRO-2016-da Ferhan Doğu adı ilə çıxış edəcək
Futbol
17 Mart , 2016 15:02
​Fənərbağça klubunun braziliyalı futbolçusu milliləşdiriləcək

Bakı. 17 mart. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun braziliyalı futbolçusu Fernandao milliləşdiriləcək. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi Fatih Terimin də razılığı olduğu milliləşdirmə işi artıq yekunlaşmaq üzrədir.

Son anda hər hansı problem çıxmasa, 28 yaşlı hücumçu Türkiyə millisinin AVRO-2016-dan öncəki təlim-məşq toplanışına qatılacaq. Onun Fransada keçiriləcək çempionatda Ferhan Doğu adı ilə çıxış edəcəyi bildirilir.

Qeyd edək ki, vətəninda "Atletiko Parananse" klubunda çıxış etmiş Fernandao 2014-cü ildə icarə əsasında "Bursaspor"da forma geyinib. O, ötən ilin iyununda "Fənərbağça" ilə 4 illik müqavilə imzalayıb. 

Son xəbərlər

Orphus sistemi