​"Fənərbağça" klubu yeni transferini açıqlayıb

​"Fənərbağça" klubu yeni transferini açıqlayıb Tərəflər 4 illik müqaviləyə imza atıb
Futbol
4 İyul , 2016 16:44
​Fənərbağça klubu yeni transferini açıqlayıb

Bakı. 4 iyul. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubu hollandiyalı Qreqori van der Vili transfer etdiyini rəsmən açıqlayıb. 

"Report"un İstanbul klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Mərasimdə klubun baş katibi və mətbuat katibi Mahmut Uslu, vitse-prezidentlər Ali Yıldırım, Şekip Mosturoğlu və Tahir Sarıoğlu iştirak ediblər.

28 yaşlı müdafiəçi "sarı-lacivərtlilər"ə transferindən xoşbəxt olduğunu bildirib.

Xatırladaq ki, Qreqori van der Vil karyerası ərzində Hollandiyanın "Harlem", "Ayaks" və Fransanın PSJ klubunda çıxış edib.

Son xəbərlər

Orphus sistemi