​"Fənərbağça" klubu 2 oyun üçün 1.5 milyon dollar mükafat ayırıb

​"Fənərbağça" klubu 2 oyun üçün 1.5 milyon dollar mükafat ayırıb Əsas mükafat "Qalatasaray"la oyun üçün nəzərdə tutulub
Futbol
7 Aprel , 2016 14:06
​Fənərbağça klubu 2 oyun üçün 1.5 milyon dollar mükafat ayırıb

Bakı. 7 aprel. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubu iki oyun üçün futbolçulara 1.5 milyon avro mükafat ayırıb. "Report"un məlumatına görə, İstanbul təmsilçisinin oyunçuları Super Liqanın XXVIII turunda "Konyaspor"la səfər görüşündən qalib ayrılacağı təqdirdə 500 min dollar qazanacaq.

Görüş aprelin 9-da baş tutacaq.

Əsas mükafat isə 2 tur əvvəl terror təhlükəsi səbəbindən təxirə salınan və aprelin 13-də keçiriləcək "Qalatasaray"la səfər oyununa nəzərdə tutulub. Komanda İstanbul derbisindən qalib ayrılarsa, 1 milyon dollar mükafat alacaq.

Qeyd edək ki, "Fənərbağça" 27 turdan sonra 60 xalla 2-ci pillədədir. "Sarı-lacivərdlilər"i lider "Beşiktaş"dan 3 xal ayırır.

Son xəbərlər

Orphus sistemi