​"Fənərbağça"nın avtobusuna silahlı hücumda şübhəli bilinən 2 nəfər saxlanılıb

​"Fənərbağça"nın avtobusuna silahlı hücumda şübhəli bilinən 2 nəfər saxlanılıb Bu barədə Trabzon valisi Abdil Cəlil Öz keçirilən mətbuat konfransında məlumat verib
Futbol
7 Aprel , 2015 12:33
​Fənərbağçanın avtobusuna silahlı hücumda şübhəli bilinən 2 nəfər saxlanılıb

Bakı. 7 aprel. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun futbolçularını daşıyan avtobusa silahlı hücumda şübhəli bilinən 2 nəfər saxlanılıb. "Report"un məlumatına görə, bu barədə Trabzon valisi Abdil Cəlil Öz açıqlama verib.

O, əldə olunan bütün dəlillərin üst-üstə düşdüyünü və doğru şəxslərin üzərində dayandıqlarını deyib. Saxlanılan S.Nihat adlı şəxs tibbi müayinədən sonra yenidən Trabzonda yerləşən polis bölməsinə aparılıb.

Qeyd edək ki, aprelin 4-də Türkiyə Super Liqasının "Rizəspor"la səfər oyunundan dönən içərisində "Fənərbağça" futbolçularının olduğu avtobus silahlı hücuma məruz qalıb. Nəticədə sürücü yaralanıb.

Son xəbərlər

Orphus sistemi