Felipe Melo: "Futbolçu olmasaydım, qatil olardım"

Felipe Melo: "Futbolçu olmasaydım, qatil olardım" Braziliyalı futbolçu bunu böyüdüyü məhəllədəki vəziyyətlə əlaqələndirib
Futbol
26 Aprel , 2016 09:41
Felipe Melo: Futbolçu olmasaydım, qatil olardım

Bakı. 26 aprel. REPORT.AZ/ İtaliyanın "İnter" klubunda çıxış edən Felipe Melo həyatı ilə bağlı maraqlı açıqlama verib. "Report"un məlumatına görə, 33 yaşlı Melo futbolçu olmayacağı təqdirdə qatil ola biləcəyini deyib.

Yarımmüdafiəçi bunu Braziliyada böyüdüyü Favela məhəlləsindəki vəziyyətlə əlaqələndirib: "Hər halda futbolçu olmasaydım, qatil olardım. Çünki Braziliyanın ən təhlükəli məhəlləsində böyümüşəm. Ortalıq silah və narkotiklə dolu idi. İşləmək və xəyallarımı gerçəkləşdirmək üçün o həyatı tərk etdim. Bəzən məşqdən qayıdandan sonra oradakı hansısa dostumun öldüyünü eşidirəm. Gözəl olmayan bir həyatdan çıxmaq üçün futbola "hə" dedim".

Qeyd edək ki, peşəkar futbolçu karyerasına 18 yaşında Braziliyanın "Flamenqo" klubunda başlayan Melo karyerası ərzində vətənində "Kruzeyro", "Qremio", İspaniyada "Malyorka", "Rasinq", "Almeriya", İtaliyada "Fiorentina", "Yuventus", Türkiyədə "Qalatasaray" klublarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi