Fatih Terim: "Heç vaxt bu cür komandam olmayıb"

Fatih Terim: "Heç vaxt bu cür komandam olmayıb" "Ətrafıma baxdığımda, özümü çox güclü hiss edirəm"
Futbol
7 Oktyabr , 2016 10:01
Fatih Terim: Heç vaxt bu cür komandam olmayıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Oyunçularımı təzyiqdən və meydandan kənarda baş verən hadisələrin təsirindən qoruya bilmədik. İlk 45 dəqiqədəki oyundan danışsaq, mənim heç vaxt bu cür komandam olmayıb. Lakin hər halda mübarizə apardıq. Hesab 2:2 oldu, hətta 3:2 də ola bilərdi. 0:2 hesabı ilə məğlub olduğumuz oyunu bərabərliklə başa vurduq". 

"Report"un məlumatına görə, bunu Türkiyə yığmasının baş məşqçisi Fatih Terim 2018-ci il dünya çempionatının Ukrayna ilə seçmə qrup matçından sonra mətbuat konfransında deyib.

63 yaşlı mütəxəssisin fikrincə, 2:2 hesablı heç-heçə yaxşı nəticə olsa da, evdə xal itirmək pis haldır. Baş məşqçi yığmada yeni nəslin formalaşmağa başladığını bildirib: "Futbolçularımı oyunda dönüş etdiyi üçün təbrik edirəm. İnanıram ki, bu həftəni səfərdə İslandiya üzərində qələbə ilə başa vurarıq. Bir tərəfdən oyunu uduzmamağa, digər tərəfdən də qalib gəlməyə çalışacağıq. Üstəlik, yeni komanda qurmağa çalışırıq. Yığmaya yeni nəsil gəlir. Bundan əmin ola bilərsiniz. Meydançada ayağının dəymədiyi yer qoymayan, mümkün olduğu qədər meydanın rəqibə aid olan hissəsində oynayan futbolçular gəlir".

F.Terim məşqçilik karyerasında Çempionlar Liqası və milli komanda ilə dünya çempionatında nəticə verə bilmədiyini xatırladıb: "Ümid edirəm ki, bunları da tamamlayarıq. Ətrafıma baxarkən, özümü çox güclü hiss edirəm. Bir də nəvəmə və onun anasına söz verdim. Hazırda şərtlər bizi hara aparır, bilmirəm. Həm də hələ heç nə itirməmişik, heç kimə məğlub olmamışıq. Hələ kürəyimiz yerə dəyməyib".

Qeyd edək ki, Ukrayna ilə ev görüşündən 2:2 hesablı bərabərliklə ayrılan Türkiyə xal ehtiyatını 2-yə çatdırıb. Bu nəticə ilə "ay-ulduzlular" 4-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi