​Fatih Terim Bakıya gələcək

​Fatih Terim Bakıya gələcək Səfər noyabrın 17-dən sonraya planlaşdırılır
Futbol
16 Noyabr , 2015 10:01
​Fatih Terim Bakıya gələcək

Bakı. 16 noyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih Terim Bakıya gələcək. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfər sabah "ay-ulduzlular"ın Yunanıstanla keçirəcəyi yoldaşlıq görüşündən sonra nəzərdə tutulub.

Türkiyəli mütəxəssisin açılış mərasimi üçün Azərbaycana gələcəyi bildirilir. Lakin tədbirin adı göstərilməyib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən "Report"a verilən məlumata görə, səfər federasiyanın xətti ilə təşkil olunmayıb. 

Son xəbərlər

Orphus sistemi