​Fabio Kapello İtaliya yığmasında işləyə bilər

​Fabio Kapello İtaliya yığmasında işləyə bilər Fabio Kannavaro Kapellonun köməkçisi olacaq
Futbol
24 Mart , 2016 12:19
​Fabio Kapello İtaliya yığmasında işləyə bilər

Bakı. 24 mart. REPORT.AZ/ Rusiya millisinin sabiq baş məşqçisi Fabio Kapello karyerasını İtaliyada davam etdirə bilər. "Report"un "Sky Sport"a istinadən verdiyi məlumata görə, 69 yaşlı mütəxəssis "skaudra adzurra"nın baş məşqçi postuna namizəddir.

Keçid baş tutacağı halda italiyalı sabiq futbolçu Fabio Kannavaro Kapellonun köməkçisi ola bilər.

Qeyd edək ki, yığmanın hazırkı baş məşqçisi Antonio Konte AVRO-2016-dan sonra komandanı tərk edəcək.

Son xəbərlər

Orphus sistemi