"Turan Tovuz"a yeni baş məşqçi təyin olunub

"Turan Tovuz"a yeni baş məşqçi təyin olunub Əsgər Abdullayev "Neftçala" ilə oyundan sonra Tovuza yollanacaq
Futbol
15 Mart , 2016 11:57
Turan Tovuza yeni baş məşqçi təyin olunub

Bakı. 15 mart. REPORT.AZ/ Əsgər Abdullayev Azərbaycan I divizionunda çıxış edən "Turan Tovuz" klubuna baş məşqçi təyin olunub. Bu barədə "Report"a 53 yaşlı mütəxəssisin özü məlumat verib.

O, bildirib ki, yeni komandasının XVIII turda "Neftçala" ilə səfər görüşünü tribunadan izləyəcək. Ə.Abdullayev bu görüşdən sonra Tovuza yollanaraq rəsmi müqavilə imzalayacağını və komandaya rəhbərlik edəcəyini deyib. Artıq Aqil Nəbiyevi özünə köməkçi götürdüyünü deyən Ə.Abdullayev digər məşqçiləri də tovuzlu veteran futbolçular arasından seçəcəyini açıqlayıb. 

Yeni baş məşqçi "Turan Tovuz"un əvvəlki imicinin özünə qaytarılmasının vacibliyini vurğulayıb: "Hazırda "Turan Tovuz" 10-cu pillədədir. Bu komandanı daha yüksək pillələrə qaldırmaq lazımdır. İndi futbolçu seçimi etmək mümkün deyil. Futbolda həmişə nəticə önəmlidir. Bu baxımdan, komandanın daha yüksək yerlərə layiq olduğunu düşünürəm".

Qeyd edək ki, Əsgər Abdullayev əvvəllər "Şəfa", "Bakı", AZAL, "Neftçi" və "Araz Naxçıvan" klublarında, Azərbaycanın U-21 və əsas millisində çalışıb. 

Son xəbərlər

Orphus sistemi