​Əsgər Abdullayev: "Bu gün "Neftçi"də elə bir problem yoxdur" - MÜSAHİBƏ

​Əsgər Abdullayev: "Bu gün "Neftçi"də elə bir problem yoxdur" - MÜSAHİBƏ "Rəqabət zəifləsə də, futbolçuların inkişafı yaxşılaşacaq"
Futbol
14 Yanvar , 2016 17:08
​Əsgər Abdullayev: Bu gün Neftçidə elə bir problem yoxdur - MÜSAHİBƏ

Bakı. 14 yanvar. REPORT.AZ/ "Neftçi" futbol klubunun baş məşqçisi Əsgər Abdullayevin "Report"a müsahibəsi

- "CBC Sport Kuboku"nda ilk oyununuzu keçirdiniz. Bu turnir "Neftçi"yə nə qazandıracaq?

- Belə bir turnirin olması gənc futbolçuların yoxlanması, əsəs heyətin müyyən edilməsi baxımından önəmlidir. Hesab edirəm ki, bu turniri növbəti illərdə də davam etdirmək, daha da genişləndirmək lazımdır. Gələcəkdə daha güclü klublar da bu turnirdə iştirak etsəydi, yaxşı olardı.

- Gənc futbolçuları da sınaqdan keçirdiniz. Etimadınızı doğruldanlar oldu?

- Əlbəttə, bəzi futbolçular yaxşı tərəfdən özlərini göstərə bildilər. Gənc futbolçular texniki və fiziki cəhətdən nə qədər yaxşı olsalar da, əsas onların özlərinə inamıdır. Bu gün mən əsas komanda ilə mübarizə aparacaq gücü, istəyi Kamran Nəcəfzadədə gördüm. Həmin futbolçu gələcəkdə bizim "18-lik"də ola bilər.

- Premyer Liqada mübarizə aparan iddialı rəqibləriniz hazırda ölkə xaricində daha yaxşı toplanış keçirirlər. Onlara qarşı çempionatda mübarizə aparmaq nə dərəcədə asan olacaq?

- Həmin klubların öz hazırlıq planı var. Bu turnirin olması da bizim üçün yaxşı oldu.

- Turnir cədvəlində komandanızın vəziyyəti yaxşı olmasa da, ilk "3-lük"lə xal fərqi elə də çox deyil...

- Məqsədimiz rəqiblərlə xal fərqini azaldıb Avropa Liqasına vəsiqə qazanmaqdır. Düşünürəm ki, avrokuboklarda iştirak edəcək klublarımızdan biri də “Neftçi” olmalıdır.

- Əsas diqqətiniz ölkə kubokunda olacaq, yoxsa Premyer Liqada?

- Hər ikisində.

Sizcə, Avropaya gedən yol hansında daha yaxındır?

- Premyer Liqada 6-cı sırada olsaq da, hələ ümidimizi itirməmişik. Hər iki cəbhədə şansımız var.

- Kluba yeni futbolçular cəlb edəcəksiniz?

- Hələ ki, əvəzedici heyətdən futbolçular cəlb etməyə çalışırıq. Fikrim var ki, 17 yaşlılardan da əsas komandaya oyunçu gətirək. Yaş bəzən aldadıcı olur. Ona görə də bütün futbolçuları sınaqdan keçirmək lazımdır.

- Devalvasiyadan sonra klublarımızın əksəriyyətinin maddi durumu yaxşı deyil. Bu amil “Neftçi”yə də təsirsiz ötüşmədi. Hazırda klubda nə kimi problemlər var?

- Bu gün “Neftçi”də elə bir problem yoxdur. Normal şəraitdə hazırlıq keçirik. Rəhbərlik tərəfindən yaxşı şərait yaradılıb. Təlim-məşq toplanışında heç bir çətinliyimiz yoxdur. Yalnız oyunların təşkilində problem ola bilərdi. O problemi də bu turnir aradan qaldırdı. Eyni zamanda bəzi klublarla yoldaşlıq görüşü keçirəcəyik.

- Yoxlama oyunlarında hansı rəqiblərlə qarşılaşacaqsınız?

- Əvəzedici heyətlə ikitərəfli oyun keçirəcəyik. Yanvarın 19-u “Şəmkir”lə, 23-ü “Kəpəz”lə qarşılaşacağıq.

- Əksər klubların iddiasız duruma düşməsi gələcəkdə Avropa meydanlarında iştirak edəcək komandalar üçün nə dərəcədə problem ola bilər?

- Başqa klubların adından danışmaq istəmirəm, amma “Neftçi”yə heç bir təsiri olmayacaq. Rəqabət zəifləsə də, futbolçuların inkişafı yaxşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi