​Rumıniyalı bombardir "Qəbələ" klubunun maraq dairəsinə düşüb

​Rumıniyalı bombardir "Qəbələ" klubunun maraq dairəsinə düşüb Erik Bikfalvi ilə, həmçinin Qazaxıstan, Rusiya və Özbəkistan klubları da maraqlanır
Futbol
8 Yanvar , 2015 03:47
​Rumıniyalı bombardir Qəbələ klubunun maraq dairəsinə düşüb

Bakı. 8 yanvar. REPORT.AZ/ Ukraynanın "Volın" klubunun rumıniyalı yarımmüdafiəçisi "Qəbələ" klubunun maraq dairəsinə düşüb.

"Report" xəbər verir ki, Azərbaycan klubunun yeni baş məşqçisi Roman Qriqorçukun Ukrayna çempionatında bombardirlər siyahısında birinci yerdə gedən Erik Bikfalvinin imkanlarına yaxşı bələd olduğu bildirilir.

Futbolçunun agenti Daniel Draqoşanın sözlərinə görə, "Volın"ın rumıniyalı legioneri ilə, həmçinin Qazaxıstan, Rusiya və Özbəkistan klubları da maraqlanır.

Son xəbərlər

Orphus sistemi