Elxan Məmmədov: "Qrupa nə qədər çox komandamız düşsə, bu, Azərbaycana pul gətirəcək"

Elxan Məmmədov: "Qrupa nə qədər çox komandamız düşsə, bu, Azərbaycana pul gətirəcək" "Qrup mərhələsində oynayan komanda ən azı 3,5 milyon avro qazanacaq"
Futbol
19 Avqust , 2016 01:29
Elxan Məmmədov: Qrupa nə qədər çox komandamız düşsə, bu, Azərbaycana pul gətirəcək

Bakı. 19 avqust. REPORT.AZ/ "Hesab edirəm ki, "Qəbələ" yaxşı oyun nümayiş etdirdi. Hesab hər şeyi deyir. Təəssüf ki, "Qarabağ" İsveçdə "Höteborq"a uduzdu. Lakin qarşıda ev oyunu da var. Komandamızı sonadək dəstəkləmək lazımdır".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan klublarının Avropa Liqasının "play-off" mərhələsində keçirdikləri ilk oyunları dəyərləndirərkən deyib.

O bildirib ki, Sloveniya "Maribor"una qarşı Bakıda start heyətində meydana çıxanlardan 10-nun legioner olması narahatedici hal deyil:

"Hazırda "Qəbələ"nin əsas məqsədi qrupa vəsiqə qazanmaqdır. Biz də AFFA olaraq, futbolumuzun inkişafını istəyirik. "Qəbələ"nin qrupa düşməsi elə inkişafın bir göstəricisidir. Ən önəmlisi odur ki, qrupa nə qədər çox komandamız düşsə, bu, Azərbaycana pul gətirəcək. Belə hallar iqtisadi cəhətdən çox gözəl haldır. Klublar da stabilləşir. Qrup mərhələsində oynayan komanda ən azı 3,5 milyon avro qazanacaq. Bunlar müsbət haldır. Bu gün Qriqorçuk nəticə vermək istəyir. Biz də onu anlayır, dəstəkləyirik".

E.Məmmədov Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin hər iki görüşü izlədiyini bildirərək, "Qəbələ"nin start heyətində yalnız Məhəmməd Mirzəbəyovun yer almasının da yığma adına müsbət hal olduğunu vurğulayıb:

"Hətta bir oyunçu belə yığmanın 10 faizi deməkdir. Prosineçki Mirzəbəyovun start heyətində yer almasına sevinir və oyununu izləyir. Futbolçunun özü də legionerlərlə bir arada çıxış edəndə səviyyəsini artırır. Növbəti mövsümlərdə Premyer Liqada legioner limitinin ləğvinin nə dərəcədə real məsələ olduğuna gəlincə, buna AFFA İcraiyyə Komitəsi qərar verməlidir".

Eddi İsrafilovun İspaniyanın 3-cü liqa komandası "Qalisiya"ya transferinə də münasibət bildirən AFFA rəsmisi futbolçunun milliyə çağırılıb-çağırılmamasına dair qərarı R.Prosineçkinin verəcəyini deyib:

"Əsas məsələ odur ki, İsrafilov, hələlik peşəkar liqada qalıb, həvəskar komandasına keçməyib. Ona görə də Eddini yığmaya dəvət-edib etməmək Prosineçkinin qərarıdır".

Son xəbərlər

Orphus sistemi