​Elxan Məmmədov: "Millimiz Kosovo ilə oyuna çıxmayacaq"

​Elxan Məmmədov: "Millimiz Kosovo ilə oyuna çıxmayacaq" "Bu komandanın turnirə qatılacağını əvvəlcədən bilmirdik"
Futbol
28 Yanvar , 2016 16:07
​Elxan Məmmədov: Millimiz Kosovo ilə oyuna çıxmayacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ "Biz "Antalya Cup"da Kosovonun iştirak edəcəyini əvvəlcədən bilmirdik. Bizə başqa komandanın turnirə qatılacağını demişdilər. Bilsəydik, təbii ki, onlarla oyunda meydana çıxmayacaqdıq". "Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyədə "Antalya Cup" turnirində iştirakından danışarkən deyib.

Yaşar Vahabzadənin rəhbərlik etdiyi komandanın 4 qələbə ilə turnirin qalibi olduğunu qeyd edən baş katib tanınmamış Kosovonun yığması ilə oyundan imtina etmələrindən danışıb: "Aşağı yaş qruplarının oyunu olsaydı, bəkə də meydana çıxardıq. Çünki bu, uşaqların günahı deyil. Kosovonun gənclər yığması ilə görüşə isə çıxmayacaqdıq. Onsuz da Bəhreyn üzərində qələbə qazanmaqla turnirin qalibi olmuşuq. Təşkilatçıları əvvəlcədən də xəbərdar etmişik ki, Kosovoya qarşı oynamayacağıq".

Qeyd edək ki, 6 ölkənin qatıldığı turnirdə Azərbaycanın U-21 komandası keçirdiyi 4 görüşün hamısını qələbə ilə başa vurub və 12 xalla qalib olub. 

Son xəbərlər

Orphus sistemi