Elxan Məmmədov: "Komandalardan biri ilə 2 yoldaşlıq oyunu keçirəcəyik"

Elxan Məmmədov: "Komandalardan biri ilə 2 yoldaşlıq oyunu keçirəcəyik" Baş katib millinin rəqiblərindən danışıb
Futbol
8 Aprel , 2016 13:55
Elxan Məmmədov: Komandalardan biri ilə 2 yoldaşlıq oyunu keçirəcəyik

Bakı. 8 aprel. REPORT.AZ/ "Püşkatma yaxşı keçdi. Təbii ki, Avropa çempionatında ən güclü komandalar mübarizə aparacaq. Qrupdakı rəqiblərin elə bir fərqi yoxdu. Başqa komandalar da düşsəydi, eyni fikirlər olacaqdı". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katib Elxan Məmmədov deyib.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatında yer aldığı "A" qrupunu dəyərləndirən E.Məmmədov rəqiblərin güclü olduğunu bildirib: "Qrupdakı ilk oyunumuzu Portuqaliyaya qarşı keçirəcəyik. Rəqib güclüdür. Onlar qitə birinciliyinə vəsiqə qazanan ilk komanda olublar. Belçika və Şotlandiya milliləri də güclü rəqiblərdir. Hədəfimiz qrupdan çıxmaqdı. Komandamızın bu işin öhdəsindən gələcəyinə inanırıq. Avropa çempionatı uzun tarixə malikdir. Bu yarış ulduzları özündə birləşdirir. Gənc futbolçular üçün ilk böyük turnir, gələcəyin ulduzları üçün ciddi sınaqdır. Bu yarışı ölkəmizə həvalə etdikləri üçün UEFA İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. Qonaqlara Bakını gəzməyi məsləhət görərdim. Azərbaycanın paytaxtını çox bəyənəcəklər".

Baş katib oyunların yayımı məsələsinə də toxunub: "Hazırda danışıqlar gedir. Millimizin matçlarını hansı kanalın yayımlayacağı hələ məlum deyil. Amma turnirin oyunlarının 50 faizi "Eurosport" kanalı vasitəsi ilə də canlı yayımlanacaq. Püşkün nəticəsini gözləyirdik. Bəzi komandalar 10 gün əvvəldən Bakıya gələcəklər. Həmin kollektivlərdən biri ilə 2 yoldaşlıq oyunu keçirəcəyik".

Son xəbərlər

Orphus sistemi