​Elxan Məmmədov: "AFFA prezidentliyinə namizəd olmağı planlaşdırmıram"

​Elxan Məmmədov: "AFFA prezidentliyinə namizəd olmağı planlaşdırmıram" "Gələcəkdə də baş katib kimi fəaliyyətimi davam etdirəcəm"
Futbol
5 Fevral , 2016 17:27
​Elxan Məmmədov: AFFA prezidentliyinə namizəd olmağı planlaşdırmıram

Bakı. 5 fevral. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov martda keçiriləcək federasiyanın prezident seçkilərində namizəd qismində iştirak etməyəcək.

"Report"un məlumatına görə, bu barədə E.Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırmır: "Öz namizədliyimi verməyimi planlaşdırmıram. Bu barədə mətbuatdan eşitmişəm. Belə bir məsələ planımda yoxdur. AFFA prezidenti və İcraiyyə Komitəsi istəsə, gələcəkdə də baş katib kimi fəaliyyətimi davam etdirəcəm".

Son xəbərlər

Orphus sistemi