Elxan Abdullayev: "Bazanın qapısından içəri keçəndə tüklərim biz-biz olur"

Elxan Abdullayev: "Bazanın qapısından içəri keçəndə tüklərim biz-biz olur" "Neftçi" mənim həyatımın, ailəmin bir hissəsidir"
Futbol
15 Sentyabr , 2016 14:11
Elxan Abdullayev: Bazanın qapısından içəri keçəndə tüklərim biz-biz olur

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Bu, hər bir azərbaycanlı məşqçi üçün böyük şansdır. Çox şadam ki, mənə belə bir etimad göstəriblər". "Report"un məlumatına görə, bunu "Neftçi" futbol komandasının yeni baş məşqçisi Elxan Abdullayev klub saytına açıqlamasında yeni təyinatı ilə bağlı danışarkən deyib.

E.Abdullayev "Neftçi"nin onun üçün xüsusi komanda olduğunu bildirib: "Atam Ruslan Abdullayev burada futbolçu və məşqçi kimi çıxış edib. İndiyə kimi hər dəfə bu bazanın qapısından içəri keçəndə tüklərim biz-biz olur. "Neftçi" mənim həyatımın, ailəmin bir hissəsidir. Komandanı çətin vəziyyətdən çıxarmağa kömək etmək üçün əlimdən gələni edəcəyəm. Əminəm ki, yorulmadan birlikdə çalışsaq, komandanı layiq olduğu mövqeyə qaytararıq".

Qeyd edək ki, Elxan Abdullayev "Neftçi"nin baş məşqçi postunda Vəli Qasımovu əvəzləyib.

Son xəbərlər

Orphus sistemi