Əfsanəvi futbolçu Pele xəstəxanadan çıxdı

Əfsanəvi futbolçu Pele xəstəxanadan çıxdı Pelenin böyrəyindəki daşlar götürülüb
Futbol
9 Dekabr , 2014 23:59
Əfsanəvi futbolçu Pele xəstəxanadan çıxdı

Bakı. 9 dekabr. REPORT.AZ/ Futbol üzrə 3 qat dünya çempionu Pele son ayda ikinci dəfə San-Pauldakı xəstəxanaya yerləşdirildiktən bir neçə gün sonra evinə qayıdıb.

“Report” RİA "Novosti" agentliyinə istinadən qeyd edir ki, Braziliya milli komandasının sabiq hücumçusu noyabrın 12-də də mədəsindəki ağrılardan şikayətlənib. Bunun nəticəsində Pelenin böyrəyindəki daşlar götürülüb.

74 yaşlı futbolçu jurnalistlərə bundan sonra fəxri qonaq olacağı “Olimpiada-2016”-ya hazırlaşacağını bildirib.

Qeyd edək ki, Pele Braziliya yığmasındakı 92 oyunda 77 qol vurub. 

Son xəbərlər

Orphus sistemi