​Əfsanəvi futbolçu Pele xəstəxanadan evə buraxılıb

​Əfsanəvi futbolçu Pele xəstəxanadan evə buraxılıb Futbolçu mayın 7-də əməliyyat olunub
Futbol
10 May , 2015 07:58
​Əfsanəvi futbolçu Pele xəstəxanadan evə buraxılıb

Bakı. 10 may. REPORT.AZ/ Prostat vəzinin giperplaziyası ilə bağlı əməliyyat olunan əfsanəvi braziliyalı futbolçu Pele xəstəxanadan evə buraxılıb.

"Report" "Franc Press"ə istinadən xəbər verir ki, Pele mayın 7-də San-Pauluda yerləşən Albert Eynşteyn adına klinikada əməliyyat olunub.

Bir sıra hallarda giperplaziya xərçəngin inkişafına gətirib çıxarır, lakin həkimlər 74 yaşlı pasientdə bunu aşkar etməyiblər.

Son xəbərlər

Orphus sistemi