Əfran İsmaylov: "Azarkeşlərin önündə maraqlı oyun oynadıq"

Əfran İsmaylov: "Azarkeşlərin önündə maraqlı oyun oynadıq" “Qarabağ” – “Tottenhem” qarşılaşmasında qonaqlar minimal hesabla qalib gəliblər
Futbol
27 Noyabr , 2015 00:58
Əfran  İsmaylov: Azarkeşlərin önündə maraqlı oyun oynadıq

Bakı. 27 noyabr. REPORT.AZ/ "Çox çətin bir rəqib idi. Buna baxmayaraq azarkeşlərin önündə maraqlı oyun oynadıq. Gücümüzü ortaya qoyduq". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Əfran İsmaylov İngiltərə "Tottenhem"inə 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının V tur matçından sonra deyib.

Onun sözlərinə görə, "Qarabağ" futbolçuları da qruptan çıxmağı arzu edirdi.

"Bilirdik ki, çətin olacaq. Futboldur. Belə şey olur. Bir qol vurdular. Amma istəkli idik.. Əlimizdən gələni etdik", - deyə İsmaylov qeyd edib.

Son xəbərlər

Orphus sistemi