Dünya çempionatının seçmə qrup mərhələsinin 9 oyunu keçiriləcək

Dünya çempionatının seçmə qrup mərhələsinin 9 oyunu keçiriləcək Portuqaliya Farer adalarında qonaq olacaq
Futbol
10 Oktyabr , 2016 11:29
Dünya çempionatının seçmə qrup mərhələsinin 9 oyunu keçiriləcək

Bakı. 10 oktyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün 9 oyun keçiriləcək.

"Report"un məlumatına görə, A, B və H qruplarında yer alan komandalar III tur çərçivəsində üz-üzə gələcəklər. 

A qrupunda liderlərin görüşü baş tutacaq. 4 xalla ilk iki pilləni bölüşən Hollandiya və Fransa yığmaları Rotterdamda üz-üzə gələcək. Qalib komanda birinci pillədə mövqeyini möhkəmləndirəcək. Bu qrupun daha bir görüşünü mövqe baxımından əhəmiyyətli adlandırmaq olar. 4 xalı olan İsveç ondan 1 xal geri qalan Bolqarıstanı sınağa çəkəcək. Autsayderlərin qarşılaşmasında isə Belarus Luksemburqu qəbul edəcək.

B qrupunda çıxış edən sonuncu Avropa çempionu Portuqaliya Farer adalarının qonağı olacaq. İki oyundan 3 xal toplayan Kriştianu Ronaldunun komandası vəziyyətini yaxşılaşdırmaq üçün səfərdən qələbə ilə dönməlidir. Qrup lideri İsveçrə isə aktivində xal olmayan və sonuncu pillədə qərarlaşan Andorra yığması ilə qarşılaşacaq.

H qrupunun liderləri səfər sınağına çıxacaqlar. Yunanıstan Estoniyanın, Belçika isə Cəbəllütariqin qonağı olacaq. Meydan sahibləri qalib gəlsə, Bosniya və Herseqovina bundan yararlanaraq, Kipr üzərindəki qələbə sayəsində qonaqların liderliklərinə şərik ola bilər. 

Dünya çempionatı, seçmə mərhələ, III tur

10 oktyabr

A qrupu

22:45. Hollandiya - Fransa

22:45. İsveç - Bolqarıstan

22:45. Belarus - Lüksemburq

Komandalar O Q H M T-F Xal
Netherlands Hollandiya 2 1 1 0 3 4
France Fransa 2 1 1 0 3 4
Sweden İsveç 2 1 1 0 1 4
BulgariaBolqarıstan 2 1 0 1 -2 3
Belarus Belarus 2 0 1 0 -3 1
LuxembourgLüksemburq 2 0 0 0 -2 0

B qrupu

22:45. Farer adaları - Portuqaliya 

22:45. Latviya - Macarıstan

22:45. Andorra - İsveçrə

Komandalar O Q H M T-F Xal
Switzerland İsveçrə 2 2 0 0 3 6
Faroe Islands Farer adaları 2 1 1 0 2 4
PortugalPortuqaliya 2 1 0 1 4 3
Latvia Latviya 2 1 0 1 -1 3
HungaryMacarıstan 2 0 1 1 -1 1
Andorra Andorra 2 0 0 2 -7 0

H qrupu

22:45. Bosniya və Herseqovina - Kipr

22:45. Estoniya - Yunanıstan

22:45. Cəbəllütariq - Belçika

Komandalar O Q H M T-F Xal
Belgium Belçika 2 2 0 0 7 6
GreeceYunanıstan 2 2 0 0 5 6
Bosnia and Herzegovina Bosniya və Herseqovina 2 1 0 1 1 3
 EstoniyaEstonia 2 1 0 1 -1 3
 KiprCyprus 2 0 0 2 -5 0
GibraltarCəbəllütariq 2 0 0 2 -7 0

Son xəbərlər

Orphus sistemi