​Döyülərək öldürülən jurnalistin vəkili “Qəbələ” klubu rəhbərliyinin açıqlamasına münasibət bildirib

​Döyülərək öldürülən jurnalistin vəkili “Qəbələ” klubu rəhbərliyinin açıqlamasına münasibət bildirib “Cavid Hüseynov istintaqa bu maddə ilə hec vaxt cəlb edilməyib”
Futbol
20 Dekabr , 2015 13:32
​Döyülərək öldürülən jurnalistin vəkili “Qəbələ” klubu rəhbərliyinin açıqlamasına münasibət bildirib

“Cavid Hüseynov istintaqa bu maddə ilə hec vaxt cəlb edilməyib”

Bakı. 20 dekabr. REPORT.AZ/ “Bugünlərdə “Qəbələ” futbol klubunun vitse-prezidenti Fariz Nəcəfov mətbuata açıqlamasında bildirib ki, Cavid Hüseynovun üstündən jurnalist Rasim Əliyevin qətlində təşkilatçı olma ittihamı götürülüb. Halbuki Cavid Hüseynov istintaqa bu maddə ilə hec vaxt cəlb edilməyib. Cinayət işinin materiallarından da görünür ki, ona belə ittiham irəli sürülməyib. Klub rəhbərliyinin belə açıqlama verməsi onun vəkillərlə zəif əlaqədə olması və ya cəmiyyəti yanlış məlumatlandırmaq məqsədi daşımasından xəbər verir”. “Report”un xəbərinə görə, bunu ann.az saytının mərhum əməkdaşı Rasim Əliyevin vəkili Əsabəli Müstafayev bildirib.

Vəkil xatırladıb ki, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov Cinayət Məcəlləsinin “hazırlanan cinayət haqqında bilib xəbər verməmək” və “baş vermiş cinayət haqqında xəbər verməmək “ maddələri ilə ittiham olunur.

Xatırladaq ki, R.Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi