"Domjale": Samir Məsimovu Prosineçkinin məsləhəti ilə almışıq

"Domjale": Samir Məsimovu Prosineçkinin məsləhəti ilə almışıq Matey Orajem: "Onunla bu barədə bir neçə dəfə ciddi müzakirələrimiz olub"
Futbol
9 Fevral , 2016 15:16
Domjale: Samir Məsimovu Prosineçkinin məsləhəti ilə almışıq

Bakı. 9 fevral. REPORT.AZ/ Sloveniyanın "Domjale" klubu "Neftçi"dən ayrılan futbolçu Samir Məsimovla müqavilə bağlayıb. "Report"un məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi ilə 3 illik anlaşma əldə olunub.

İdman direktoru Matey Orajem klubun rəsmi saytına açıqlamasında Məsimovu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin məsləhətiylə transfer etdiklərini bildirib: "Samir Azərbaycanın ən gənc oyunçularındandır. Prosineçki ilə bu barədə bir neçə dəfə ciddi müzakirələrimiz olub. Müqavilə imzalamamışdan öncə də onun məsləhətini almışıq. Məsimov elə futbolçudur ki, meydanın istənilən yerində oynaya bilər. O, texnikalı, sürətli və çevikdir. İlk məşqlərdən göstərdi ki, əməksevərliyi sayəsində komandamızın mühüm hissəsi ola bilər".

Azərbaycanlı futbolçunun yeni komandasında debüt matçı bu gün Bolqarıstan "Levski"si ilə yoxlama matçına təsadüf edəcək. Hücum xəttindəki itkilər üzündən Məsimov start heyətində yer alacaq.

Qeyd edək ki, Samir Məsimov əvvəllər Azərbaycan Premyer Liqasında "Bakı"nın formasını geyinmiş braziliyalı Juninyo və argentinalı Lukas Mario Horvatla "Domjale"də eyni komandada çıxış edəcək.  

Son xəbərlər

Orphus sistemi